İsrail peyvənd olunmuş turistlərə sərhədlərini açır

İsrail peyvənd olunmuş turistlərə sərhədlərini açır
# 21 iyun 2021 06:58 (UTC +04:00)

Peyvənd olunmuş əcnəbi turistlər 1 iyuldan etibarən İsrailə özəl qaydada daxil ola biləcəklər.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyi açıqlayıb.

“İsrailin daxili işlər naziri Aelet Şakedin bu gün bildirdiyinə görə, peyvənd olunmuş turistlərin, normal viza tələblərinə uyğun olaraq, qeyri-qrup şəklində və əvvəlcədən icazə olmadan İsrailə xüsusi olaraq daxil biləcəklərini deyib”, - deyə XİN-in açıqlamasında qeyd olunub.

Bildirilir ki, vətəndaşlarına belə bir imkanın yaradılacağı ölkələrin və təsdiq edilmiş peyvəndlərin siyahısı əlavə olaraq açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR