İsrail polisi ilə toqquşmalarda 380-dən çox fələstinli yaralanıb

İsrail polisi ilə toqquşmalarda 380-dən çox fələstinli yaralanıb
# 19 iyun 2021 07:39 (UTC +04:00)

İordan çayının qərb sahilində İsrail polisi ilə toqquşmalarda azı 386 fələstinli yaralanıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

“Briqadalarımızın çalışdığı yaralıların ümumi sayı 386-ya çatıb”, - məlumatda belə deyilir.

Məlum olub ki, onlardan 286-sı gözyaşardıcı qazdan zəhərlənib, 55-i rezin güllələrlə atəş nəticəsində yaralanıb, 38 fələstinli yanıq xəsarətləri alıb, daha 7 nəfər isə əl qumbarası ilə yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR