İsrail polisi ilə toqquşmalarda azı 75 fələstinli xəsarət alıb

İsrail polisi ilə toqquşmalarda azı 75 fələstinli xəsarət alıb
# 17 iyul 2021 08:26 (UTC +04:00)

İordan çayının qərb sahilində İsrail sərhəd polisi ilə toqquşmalarda azı 75 fələstinli xəsarət alıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Fələstin Qızıl Aypara Cəmiyyəti açıqlayıb.

“Bu gün Nablus əyalətindəki Beyta və Beyt-Dəcan yaşayış məntəqələri ərazisində briqadalarımızın xidmət göstərdiyi yaralıların ümumi sayı 75-ə çatıb”, - deyə yerli “Al-Aqsa” radiostansiyası açıqlamadan sitat gətirib.

Bildirilir ki, 15 nəfər rezin güllələrin istifadəsi nəticəsində, daha 10 nəfər isə odlu silahdan istifadə nəticəsində yaralanıb, 46 nəfər gözyaşardıcı qazdan xəsarət alıb, daha 4 nəfər də yanıq xəsarətləri alıb.

Radiostansiyanın məlumatına görə, İsrail təhlükəsizlik qüvvələri Fələstin Qızıl Aypara Cəmiyyətinin həkim qruplarının işinə də müdaxilə edib və onlara rezin güllələr atıb, nəticədə bir neçə həkim yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR