İsrail Prezidenti COVID-19 əleyhinə peyvəndin üçüncü dozasını vurdurub

İsrail Prezidenti COVID-19 əleyhinə peyvəndin üçüncü dozasını vurdurub

© APA | Michal Hersog, Ishaak Herzog

# 30 iyul 2021 12:29 (UTC +04:00)

İsrailin Prezidenti İsaak Herzoq yeni növ koronavirus (COVID-19) əleyhinə peyvəndin üçüncü dozasını vurdurub.

APA-nın "Times of Israel"ə istinadən verdiyi xəbərə görə, Prezident Herzoq bildirib ki, bu, ölkədə sosial həmrəylik göstərmək üçün vacib addımdır.

"Üçüncü dozanı peyvənd edən ilk ölkə olmağımızla qürur duyuram",- Prezident peyvənd vurdurmazdan öncə bildirib.

Onunla yanaşı xanımı Mihal Hersoq da peyvənd olunub.

Qeyd edək ki, İsraildə 60 yaşdan yuxarı şəxslərə üçüncü doza peyvənd vurulmasına başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR