İsrail XİN başçısı BƏƏ-yə səfər edib

İsrail XİN başçısı BƏƏ-yə səfər edib
# 29 iyun 2021 12:49 (UTC +04:00)

İsrailin xarici işlər naziri Yair Lapid Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib.

APA-nın xəbərinə görə, bu barədə İsrail XİN başçısı “Twitter”də bildirib.

XİN başçısı səfərini tarixi hadisə kimi qiymətləndirib.

Bu, ötən ilin sentyabr ayından bəri iki ölkə arasında münasibətlər normallaşdıqdan sonra ilk yüksək səviyyəli səfərdir.

Səfər çərçivəsində Yair Lapid Əbu-Dabidə İsrail səfirliyinin, Dubayda isə konsulluğun təsis edilməsi ilə bağlı mərasimdə iştirak edəcək.

İsrail XİN başçısı BƏƏ-li həmkarı Abdulla bin Zayed Əl Nahyan, iqtisadi məsələlər üzrə dövlət naziri Əhməd Əl Sayeq və mədəniyyət naziri Nura Əl Kaabi ilə görüşəcək.

Yair Lapidin Əbu-Dabi və Dubaydakı yəhudi icmalarının nümayəndələri ilə də görüşü nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR