İsrail XİN başçısı: “İranın nüvə silahı əldə etməsinə imkan verə bilmərik”

Yair Lapid

© APA | Yair Lapid

# 10 sentyabr 2021 13:11 (UTC +04:00)

“İran demək olar nüvə silahına sahib olmağın bir addımlığındadır. Lakin Tehran anlamalıdır ki, bu cür fəaliyyətlər cavabsız qalmayacaq”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu İsrailin xarici işlər naziri Yair Lapid RİA “Novosti”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Qərbin İrana münasibətdə hazırkı strategiyası və Hərtərəfli Birgə Fəaliyyət Planı (HBFP) effektli deyil, Vyanada danışıqlar yoxdur, HBFP işləmir, Tehrana qarşı sanksiyalar isə yetərli deyil.

“İran vaxt qazanmağa çalışaraq əslində öz nüvə proqramını zənginləşdirir. İran nüvə dövləti olmaq ərəfəsindədir. Biz buna imkan verə bilmərik”, - deyə XİN başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR