Kabil hava limanında baş verən izdiham və atışma nəticəsində 40 nəfər ölüb

Kabil hava limanında baş verən izdiham və atışma nəticəsində 40 nəfər ölüb
# 18 avqust 2021 07:39 (UTC +04:00)

Son günlərdə Kabil Beynəlxalq hava limanında baş verən izdiham və atışma nəticəsində azı 40 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “TOLO News” telekanalı hava limanında olan “Taliban” hərəkatının komandirinə istinadən məlumat yayıb.

Məlumata görə, insanlar “xarici qüvvələr tərəfindən odlu silahdan istifadə edilməsi” nəticəsində, eləcə də izdiham nəticəsində ölüblər. “Taliban” nümayəndəsi əhalini hava limanına gəlməməyə və “xaricə uçmağın mümkünlüyü barədə yalan şayiələrə qulaq asmamağa” çağırıb.

Qeyd edək ki, “Taliban”ın Əfqanıstanın paytaxtı Kabili də tutmasından sonra yüzlərlə insan hava limanına üz tutub. Onlar ölkədəki qeyri-müəyyənlik səbəbindən yaranmış çaxnaşma içərisində vizasız və pasportsuz olaraq digər ölkələrə qaçmağa ümid ediblər. “Taliban”ın evdə qalmaqla bağlı çağırışlarına və bir neçə dəfə insanların təyyarələrin eniş mexanizmindən yerə düşərək ölməsi hallarına baxmayaraq, hələ də insanların ölkəni tərk etmək ümidi ilə hava limanına axını müşahidə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR