Kabil hava limanında qarşıdurma zamanı 7 nəfər ölüb

Kabil hava limanında qarşıdurma zamanı 7 nəfər ölüb
# 23 avqust 2021 23:38 (UTC +04:00)

Kabil hava limanında baş verən toqquşmalarda 7 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “RİA Novosti”yə özəl mənbəyə istinadən xəbər yayıb.

“Kabil hava limanının qapılarında çox sayda insan izdihamı olduğuna görə insanlar xarici ölkələrin hərbçilərini sıxışdırmağa başlayıblar, bu da əvvəlcə “Taliban”ın, daha sonra xarici qüvvələrin cavab reaksiyasına səbəb olub”, - deyə mənbə bildirib.

Onun sözlərinə görə, toqquşmaların qurbanları təhlükəsizlik qüvvələrinin bir əməkdaşı, iki “Taliban” döyüşçüsü və ölkəni tərk etmək istəyən dörd dinc sakin olub.

Bir hadisə şahidi də “Taliban”la xarici hərbçilərin bir-birinə atəş açdığını təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR