Kabil polisi "taliban"çılardan və keçmiş hökumətin təhlükəsizlik qüvvələrindən təşkil olunacaq

Kabil polisi "taliban"çılardan və keçmiş hökumətin təhlükəsizlik qüvvələrindən təşkil olunacaq
# 13 sentyabr 2021 05:54 (UTC +04:00)

Yaxın gələcəkdə Kabildə polis bölmələri Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatının silahlılarından və keçmiş hökumətə xidmət edən təhlükəsizlik xidməti əməkdaşlarından təşkil olunacaq.

APA xəbər verir ki, bu barədə Əfqanıstanın “TOLOnews” telekanalı məlumat yayıb.

“Hazırda Kabildə yerləşən “Taliban” qüvvələri tezliklə keçmiş hökumətin təhlükəsizlik qüvvələri və döyüşçülərimizdən ibarət birləşmiş polis qüvvəsi ilə əvəz olunacaq. Hamısının xüsusi fərqli geyim formaları olacaq”, - deyə telekanal radikalların nümayəndəsindən sitat gətirib.

Qeyd edək ki, Kabil sakinləri “Taliban” rəhbərliyini küçələrdə keşik çəkən hüquq-mühafizə orqanlarının əməkdaşları üçün xüsusi forma təqdim etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR