Kabildə avtobus partladılıb, 6 nəfər ölüb, 7 nəfər yaralanıb

Kabildə avtobus partladılıb, 6 nəfər ölüb, 7 nəfər yaralanıb
# 13 noyabr 2021 18:47 (UTC +04:00)

Əfqanıstanın paytaxtı Kabilin qərbində yerləşən Dəşti-Bərçi məntəqəsində mikroavtobusda partlayış törədilib.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 6 nəfər ölüb, 7 nəfər yaralanıb.

Terror aktına görə hər hansısa qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Qeyd edək ki, partlayışın baş verdiyi ərazidə məskunlaşmış şiə məzhəbli həzəra etnik azlığı son dövrlərdə İŞİD terror qruplaşmasının təkrarlanan hücumlarının hədəfinə çevrilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR