Kabildə xəstəxana yaxınlığında ard-arda iki partlayış törədilib, 15 nəfər ölüb - YENİLƏNİB

Kabildə xəstəxana yaxınlığında ard-arda iki partlayış törədilib, 15 nəfər ölüb - YENİLƏNİB
# 02 noyabr 2021 14:22 (UTC +04:00)

Kabildə xəstəxana yaxınlığında törədilmiş terror aktı nəticəsində 15 nəfər ölüb, 34 nəfər yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə "Al-Arabiya" Taliban təhlükəsizlik rəsmilərinə istinadən məlumat yayıb.

***

saat 13:16

Əfqanıstanın paytaxtı Kabildə xəstəxana yaxınlığında terror aktı törədilib.

APA-nın “TOLO News”a istinadən verdiyi xəbərə görə, bu barədə Taliban hökumətinin sözçüsü Bilal Kərimi bildirib.

Onun sözlərinə görə, birinci partlayış 400 çarpayılıq xəstəxananın qarşısında, ikinci partlayış isə xəstəxananın yaxınlığında baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR