Kabilə bir neçə raket mərmisi atılıb

Kabilə bir neçə raket mərmisi atılıb
# 17 sentyabr 2021 01:34 (UTC +04:00)

Kabulun şimal-qərbinə bir neçə raket atılıb.

APA xəbər verir ki, bu barədə Əfqanıstanın “Aamaj News” xəbər agentliyi şahidlərin ifadələrinə istinadən yazıb.

Qeyd edilir ki, mərmilər Əfqanıstan paytaxtında elektrik stansiyalarından birinin yerləşdiyi Xair-Xan bölgəsinə düşüb.

Raket atışlarının arxasında kimlərin dayandığı, partlayış nəticəsində tələfat və ya maddi ziyanın olub-olmaması barədə hələlik məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR