Kamboca yarasalarında koronavirus aşkar edilib

Kamboca yarasalarında koronavirus aşkar edilib
# 10 noyabr 2021 02:08 (UTC +04:00)

2010-cu ildə Kambocada tutulmuş yarasaların qanında koronavirus izləri aşkar edilib.

APA-nın xəbərinə görə, bu məlumat “Nature Communications” elmi jurnalında dərc edilmiş məqalədə yer alır.
Məqalə müəlliflərinin fikrincə, bu koronavirus SARS-Cov-2 ilə oxşardır: “Çindən kənardakı canlılarda belə bir virusun tapılması bir daha sübut edir ki, koronavirusların yayılma arealı təsəvvür ediləndən daha böyükdür. Cənub-Şərqi Asiya əsas region olduğu üçün burada yerli koronaviruslarla bağlı daim müşahidələr aparılmalıdır.

Tədqiqat çərçivəsində Kambocada yaşayan 400-dək canlıdan müxtəlif maye nümunələri götürülüb. Tədqiqatın yekun nəticələri ilin sonunda məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR