KİV: ABŞ nümayəndə heyəti Dohada "Taliban" nümayəndələri ilə görüşəcək

KİV: ABŞ nümayəndə heyəti Dohada "Taliban" nümayəndələri ilə görüşəcək
# 09 oktyabr 2021 08:33 (UTC +04:00)

ABŞ nümayəndə heyəti 9-10 oktyabr tarixlərində Qətərin paytaxtı Dohada “Taliban” hərəkatının yüksək rütbəli nümayəndələri ilə görüşəcək.

APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi özəl mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, bu, Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra tərəflər arasında ilk görüş olacaq. Agentlik yazır ki, Amerika nümayəndələri Əfqanıstanda qalan ABŞ və digər ölkələrin vətəndaşlarının təhlükəsiz şəkildə təxliyəsini və “taliban”çılar tərəfindən saxlanılan amerikalıların sərbəst buraxılmasını təmin etmək üçün “Taliban”a təzyiq göstərməyə çalışacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR