KİV: Əfqanıstanda mina partlaması nəticəsində 7 nəfər ölüb

KİV: Əfqanıstanda mina partlaması nəticəsində 7 nəfər ölüb
# 01 avqust 2021 15:07 (UTC +04:00)

Əfqanıstanın cənubunda Qəndəhar şəhərində minaatandan atəşə tutulması zamanı bir avtomobil partlayıb və ən azı 7 mülki şəxs həyatını itirib.

APA bildirir ki, bu barədə “Ariana News” telekanalı məlumat yayıb.

Məlumata görə, qurbanların arasında qadınlar və uşaqlar da var. Digər təfərrüatlar verilmir.

Telekanal bildirir ki, Əfqanıstan rəsmiləri hücumu radikal Taliban hərəkatının nümayəndələrinin törətdiyini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR