KİV: Əfqanıstanda prezident sarayı istiqamətində bir neçə raket zərbəsi endirilib

KİV: Əfqanıstanda prezident sarayı istiqamətində bir neçə raket zərbəsi endirilib
# 20 iyul 2021 08:40 (UTC +04:00)

Əfqanıstanın paytaxtı Kabildə prezident sarayı istiqamətində bir neçə raket zərbəsi endirilib. 

APA xəbər verir ki, bu barədə “Sinxua” xəbər agentliyi hökumət nümayəndəsinə istinadən məlumat yayıb.

Dağıntılar və ya itkilərlə bağlı hələlik heç bir məlumat açıqlanmayıb. 

Əfqanıstanın "Tolo News" telekanalı isə raket zərbələrinin Qurban Bayramı şərəfinə dua edilərkən atıldığını bildirib. 

Digər yerli televiziya kanalı “1 TV”nin məlumatına görə, sarayın yaxınlığında üç partlayış səsi eşidilib.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR