KİV: Həmid Kərzai Kabildə ev dustağıdır

Həmid Kərzai

© APA | Həmid Kərzai

# 26 avqust 2021 14:45 (UTC +04:00)

Əfqanıstanın sabiq prezidenti Həmid Kərzai Kabildə ev dustağıdır.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə CNN telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, sabiq prezident Həmid Kərzai və Milli Barış üzrə Ali Şuranın başçısı Abdulla Abdulla Kabildə ev dustağıdırlar.

Taliblərin A. Abdullanın evində axtarış apardığı, H. Kərzaini isə mühafizəçisiz və avtomobilsiz qoyduğu qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR