KİV: İraqın qərbindəki hərbi baza raket atəşinə tutulub

KİV: İraqın qərbindəki hərbi baza raket atəşinə tutulub
# 20 iyun 2021 18:03 (UTC +04:00)

İraqda yerləşən Ain-Al-Əsəd hərbi bazası raket atəşə tutulub. Bu bazadan

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyası qüvvələri istifadə edir.

APA bildirir ki, bu barədə “Əl Arabiya” telekanalı məlumat verib.

Məlumata görə, İraqın Ənbar vilayətində yerləşən bazaya ən azı iki raket atılıb.

Bölgə təhlükəsizlik qüvvələri tərəfindən tamamilə bloklanıb.

İraqın “Alsumaria” telekanalı isə yerli təhlükəsizlik qüvvələrinə istinadən bildirir ki, hərbi obyektin yaxınlığında partlayan bazaya bir raket atılıb.

Telekanal bazanın hərbi və ya xidmət işçiləri arasında itki olmadığını əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR