KİV: İŞİD Kabildəki partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb

KİV: İŞİD Kabildəki partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb
# 26 avqust 2021 23:44 (UTC +04:00)

İŞİD sosial şəbəkələrdə Kabildəki partlayışların məsuliyyətini öz üzərinə götürüb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə “CNN-Türk” məlumat yayıb.

Türkiyənin "Hürriyyət" qəzeti isə ABŞ mediasına istinadla yazıb ki, ilk partlayış İŞİD terrorçusunun təxliyə növbəsini gözləyən qərblilərin qaldığı "The Baron" otelinin qarşısında özünü partlatması nəticəsində baş verib.

ABŞ-ın Mərkəzi Qüvvələr Komandanı Kennet Makkenzi də Pentaqonda keçirilən mətbuat konfransında partlayışlarda daha çox İŞİD-dən şübhələrin olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR