KİV: Kabildə 6-cı partlayış baş verib - YENİLƏNİB - 2

KİV: Kabildə 6-cı partlayış baş verib - YENİLƏNİB - 2
# 27 avqust 2021 00:02 (UTC +04:00)

Əfqanıstanın paytaxtı Kabil şəhərində 6-cı partlayış baş verib.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə "Anadolu" xəbər agentliyi məlumat yayıb

Qurbanlar və dağıntılarla bağlı məlumat verilməyib.

***

26 avqust, saat 23:01

Əfqanıstanın paytaxtı Kabil şəhəri yaxınlığında daha iki partlayış baş verib.

APA xəbər verir ki, bu barədə “Al Arabia” telekanalı məlumat yayıb.

Hadisənin dəqiq yeri, habelə qurbanların və ya dağıntıların təfərrüatları barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, Kabildə bu gün ərzində 5 partlayış baş verib.

***

22:15

Əfqanıstanın Kabil şəhərində bu gün 3-cü partlayış törədilib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə “TRT” telekanalı məlumat yayıb.

“Hürriyyət” qəzetin məlumatına görə, üçüncü partlayışda ölənlər və yaralılar var.

Hər 3 partlayışda ümumi olaraq, 25 nəfərin öldüyü, 90 nəfərin yaralandığı bildirilir.

Kabildə olan ABŞ ordusunun isə 4 hərbçisi ölüb, 3-ü yaralanıb.

ABŞ mediasının məlumatına görə, ilk partlayış İŞİD terrorçusunun təxliyə gözləyən qərblilərin qaldığı "The Baron" otelinin qarşısında özünü partlatması nəticəsində baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR