KİV: Suriyada terror aktı nəticəsində 10 neftçi həlak olub

KİV: Suriyada terror aktı nəticəsində 10 neftçi həlak olub
# 03 dekabr 2021 05:11 (UTC +04:00)

Suriyanın şərqində yerləşən Deyr əz-Zor əyalətinin Əl-Hərrat neft yatağında azı 10 işçi terror aktı nəticəsində həlak olub, bir nəfər yaralanıb.

APA SANA agentliyinə istindən xəbər verir ki, işçiləri daşıyan iki kiçikhəcmli avtobus İŞİD-in terror hücumuna məruz qalıb.

Hadisənin digər təfərrüatları açıqlanmayıb.

Deyr əz-Zor əyalətinin qubernatoru Fadel Nəcar hücumu müəssisə və fabriklərin bərpasına mane olmaq cəhdi kimi qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR