KİV: “Taliban” müğənni Favad Andarabini öldürüb

KİV: “Taliban” müğənni Favad Andarabini öldürüb
# 29 avqust 2021 10:58 (UTC +04:00)

“Taliban” Hərəkatının silahlıları dünən əfqan müğənni Favad Andarabini öldürüb.

APA-nın xəbərinə görə, bu barədə “Times Now” telekanalı müğənninin qohumlarına istinadən məlumat yayıb.

Müğənnini Baqlan əyalətindəki evindən çıxararaq güllələyiblər. Müğənninin oğlu hadisəni təsdiqləyib.

Müğənni Favad Andarabi mahnılarında “Taliban” Hərəkatının əleyhdarlarını dəstəkləyib. Eyni zamanda “Taliban” liderləri musiqini islama zidd sayırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR