KİV: Yaponiyada 6 mərtəbəli anbarda güclü yanğın olub

KİV: Yaponiyada 6 mərtəbəli anbarda güclü yanğın olub
# 29 noyabr 2021 08:21 (UTC +04:00)

Bu gün Yaponiyanın Honşu adasının cənub-qərbində yerləşən Osakada şəhərində 6 mərtəbəli anbarda güclü yanğın baş verib.

APA TBS telekanalına istinadən xəbər verir ki, yanğının söndürülməsinə 60 texnika, 1 helikopter cəlb edilib.

Yanğın azı 10 min kvadratmetr ərazini əhatə edib. Yanğın zamanı binada 100-ə yaxın insan olub, onların hamısı təxliyə edilib.

Polis anbarda şirkətlərin nümayəndələrinin olub-olmamasını araşdırır.

ilkin məlumatlara görə, yanğına səbəb anbardakı boş karton qutuların alışması olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR