Liviyada girov saxlanılan 7 Türkiyə vətəndaşı azad edilib

Liviyada girovluqdan azad edilmiş  Türkiyə vətəndaşları

© APA | Liviyada girovluqdan azad edilmiş Türkiyə vətəndaşları

# 21 noyabr 2021 14:11 (UTC +04:00)

Liviyanın şərqində 2 ildir girov saxlanılan 7 Türkiyə vətəndaşı Türkiyə Milli Kəşfiyyat Təşkilatı və Qətər Kəşfiyyat Təşkilatının birgə səyi ilə azad edilib.
APA-nın Türkiyə bürosunun məlumatına görə, əsasən restoran sektorunda çalışmış İlker Sağlık, Doğan Kıssa, Nurettin Çalık, Halil Gözel, Ahmet Selvi, Hidayet Yaprak və Abdul Samet Akçay Türkiyəyə gətiriliblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilən şəxslərlə telefonla əlaqə saxlayıb, onlara diləklərini çatdırıb. R. T. Ərdoğan Türkiyə vətəndaşlarının ölkəyə gətirilməsində əməyi olan hər kəsə də təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR