Malayziyada metroda qatarların toqquşması nəticəsində 166 nəfər yaralanıb

Malayziyada metroda qatarların toqquşması nəticəsində 166 nəfər yaralanıb
# 24 may 2021 20:50 (UTC +04:00)

Malayziyanın Kuala-Lumpur şəhərinin metrosunda iki qatarın toqquşması nəticəsində azı 166 nəfər yaralanıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Vi Ka Siona bildirib.

Nazirin sözlərinə görə, yaralılardan 47 nəfərin vəziyyəti ağırdır. 

Hadisə yerli vaxtla saat 20:33-də baş verib. Toqquşan qatarlardan birində 232 sərnişin olub, digəri isə sınaq rejimində işə salındığından boş olub. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR