Malayziyada peyvəndə qarşı çağırış edənlər məsuliyyətə cəlb olunacaq

Malayziya

© APA | Malayziya

# 30 may 2021 16:00 (UTC +04:00)

Malayziya hakimiyyəti yeni növ koronavirusa (COVİD-19) qarşı peyvənd vurdurmaqdan imtina edilməsi barədə çağırış edənlərin ciddi məsuliyyət daşıyacaqları barədə xəbərdarlıq edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün parlamentlə iş üzrə nazir Takiyuddin Hassan bildirib.

T. Hassan deyib ki, xəbərdarlıqdan nəticə çıxarmayanlarvə COVİD-19-a qarşı vakin barədə yalan məlumat yayanlar barədə sərt tədbirlər görüləcək. Nazir bu çağırışları və yalan məlumatları ölkənin təhlükəsizliyinə təhdid kimi qiymətləndirib: “Hökumət vaksinasiya ilə bağlı yeni qanun hazırlamağı planlaşdırmır. Biz günahkarları cəzalandırmaq üçün qüvvədə olan qanunlardan istifadə edə bilərik”.

T. Hassan bu qanunlara misal olaraq qiyama çağırışın yolverilməzliyi və KİV-lərin fəaliyyətini tənzimləyən qanunları qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR