Media Rusiyadan Yaponiyaya üzən adamla bağlı təfərrüatları açıqlayıb

Media Rusiyadan Yaponiyaya üzən adamla bağlı təfərrüatları açıqlayıb
# 22 avqust 2021 11:43 (UTC +04:00)

Özünü rus adlandıran kişi guya Kunaşirdən Hokkaido şəhərinə üzdüyünü deyib. İdman geyimi və idman ayaqqabısı geyinən adamın, çiyin çantası olub və üzdüyünü iddia edərkən quru görünürmüş.

APA “RİA Novosti”yə istinadən bildirir ki, bunu "İomiuri" qəzeti yazıb.

Qəzet naməlumun ilk dəfə göründüyü Nakashibetsu kəndinin yerli sakininə istinadən məlumat yayıb.

Yaşlı kişi bildirib ki, 19 avqusta axşam vaxtı polis idarəsinin yaxınlığında naməlum şəxs gəzirmiş. Və bu insan ona şübhəli görünüb. Kişi ona yaxınlaşanda isə yaponca cavab verib: "pasport yoxdur", "Kunaşir", "üzdü".

Bundan başqa, "Mayniti" qəzeti, çantadan əlavə çiynindən asılmış kiçik bir torbanın olduğunu da qeyd edir. Bununla yanaşı, naməlum şəxsin şapkasının, qızıl çərçivəli eynəklərinin və maskasının da olduğu qeyd edilir.

Bir müddət əvvəl isə Yaponiyanın “Kiodo” agentliyi xəbər yaymışdı ki, Rusiya vətəndaşı siyasi sığınacaq istəmək üçün Yaponiyaya üzüb.

“RİA Novosti” isə məlumatlı mənbəyə istinadən bildirir ki, sözü gedən kişi əslən Udmurtiyadandır və üç ildir ki, adada yaşayırmış. Məlumata görə, kişi 17 avqustda dənizə çıxıb və iki gün sonra yapon sərhədçiləri tərəfindən saxlanılıb.

Qeyd edək ki, Kunaşir ilə Hokkaidonun şərq sahilləri arasında təxminən 20 kilometr var.

Hazırda immiqrasiya işçiləri əcnəbinin şəxsiyyətini və vətəndaşlığını müəyyənləşdirirlər.

“Hokkaido Sinbun” qəzeti Yaponiya hakimiyyət orqanlarındakı məlumatlı mənbələrə istinadən yazır ki, bu adam 38 yaşındadır və onun Rusiyanın sürücülük vəsiqəsi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR