Məhəmməd Baqir Qalibaf yenidən İran parlamentinin spikeri seçilib

Məhəmməd Baqir Qalibaf

© APA | Məhəmməd Baqir Qalibaf

# 26 may 2021 10:10 (UTC +04:00)

Məhəmməd Baqir Qalibaf yenidən İran parlamentinin spikeri seçilib.

APA-nın Tehran bürosunun xəbərinə görə, parlamentin bu gün keçirilən açıq sessiyasında iştirak edən 290 deputatdan 230-u onun sədrliyinin lehinə səs verib.

Firudin Abbasi isə 18 səs toplayıb.

Eyni zamanda, deputatlar Rəyasət Heyətinin üzvlərini seçiblər. Belə ki, Əli Nikzad 206 səslə spikerin birinci müavini, Əbdürrza Misri 205 səslə spikerin ikinci müavini seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR