Müqavimət qüvvələri “Taliban”ın Pəncşiri ələ keçirməsi barədə bəyanatını təkzib edib

Müqavimət qüvvələri “Taliban”ın Pəncşiri ələ keçirməsi barədə bəyanatını təkzib edib
# 06 sentyabr 2021 10:07 (UTC +04:00)

Müqavimət qüvvələri “Taliban”ın Əfqanıstanın Pəncşir əyalətini ələ keçirməsi barədə bəyanatını təkzib edib.

APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, müqavimət qüvvələri “Twitter” səhifəsindən yaydığı açıqlamada mübarizənin davam etdiyini bildirib.

Qeyd edək ki, bundan əvvəl “Taliban” nümayəndəsi Zəbiulla Mücahid Pəncşir əyalətini tam nəzarət altına aldıqlarını açıqlamışdı.

“Pənşirin tutulması barədə “Taliban”ın bəyanatı əsassızdır. Müqavimət cəbhəsinin qüvvələri mübarizəni davam etdirmək üçün bütün strateji mövqelərdədir. Əfqanıstan xalqını əmin edirik ki, ədalət və azadlıq zəfər çalana qədər taliblərə və onun tərəfdaşlarına qarşı mübarizə davam edəcək”, - deyə açıqlamada vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR