Mustafa Şentop sabah Azərbaycana səfər edəcək

Mustafa Şentop sabah Azərbaycana səfər edəcək

© APA | Mustafa Şentop, Türkiyə Böyük Millət Məclisinin sədri

# 25 iyul 2021 12:34 (UTC +04:00)

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop sabah Azərbaycana səfər edəcək.
APA-nın yerli bürosunun "Anadolu" İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, M. Şentop Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Bakıda keçirilən ilk toplantısında iştirak edəcək.
27 iyulda keçiriləcək görüşdə Bakı Bəyannaməsinin imzalanma mərasimi olacaq.
İclasdan əvvəl parlament sədrləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək. M.Şentop Bakıda ulu öndər Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Bakı Türk şəhidliyini də ziyarət edəcək.
İyulun 28-də TBMM sədrinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da görüşü də nəzərdə tutulub.
M.Şentopun türk iş adamları və qeyri-hökumət təşkilatlarının nümayəndələrini qəbul edəcəyi, Şuşa və Füzuli şəhərlərinə səfər etdikdən sonra iyulun 29-a Türkiyəyə dönəcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR