Nigeriyada 2 avtobusun toqquşması nəticəsində 18 nəfər ölüb

Nigeriyanın Jiqava əyaləti

© APA | Nigeriyanın Jiqava əyaləti

# 10 iyun 2021 08:20 (UTC +04:00)

Nigeriyanın Jiqava əyalətində 2 sərnişin avtobusunun toqquşması nəticəsində 18 nəfər öldü.

APA xəbər verir ki, bu barədə Jiqava polisinin mətbuat katibinin müavini Laşan Şisu bildirib.

Hadisə əyalətin Birninkudu-Kano magistral yolunda baş verib.

Polisin sözçüsü qəza nəticəsində çox sayda yaralının olduğunu vurğulayıb: “Yaralılar arasında vəziyyəti ağır olanlar var. Ölənlərinin sayının artacağı istisna edilmir”.

Qəzanın səbəbi kimi, ilikin olaraq, sürət həddinin yüksək olması göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR