Öcalanın təlim keçdiyi PKK-nın rəhbər şəxslərindən biri məhv edilib

Nazlı Taşpınar

© APA | Nazlı Taşpınar

# 10 noyabr 2021 15:47 (UTC +04:00)

PKK/KCK terror təşkilatının Mərkəzi Komitəsinin üzvü “Emine Erciyes” kod adlı Nazlı Taşpınar məhv edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, İnterpol tərəfindən “qırmızı bülleten”lə axtarışda olan Nazlı Taşpınar Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələrinin İraqın Qara ərazisində birgə əməliyyatı nəticəsində zərərsizləşdirilib.

O, PKK-nın ən yüksək səviyyəli idarəçiliyində təmsil olunub. Terror təşkilatının lideri Abdullah Öcalan 1994-cü ildə PKK-ya qoşulan N. Taşpınara şəxsən təlim keçib.

N. Taşpınar Türkiyəyə qarşı törədilən terror aktlarını istiqamətləndirib, xüsusilə qadın terrorçuların hazırlanmasında mühüm rol oynayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR