Özbəkistanın Baş Prokuroru: “Prezident seçkilərində bir dənə də olsun şikayət daxil olmayıb”

Özbəkistanın Baş Prokuroru: “Prezident seçkilərində bir dənə də olsun şikayət daxil olmayıb”
# 24 oktyabr 2021 16:56 (UTC +04:00)

“Bazar günü yerli vaxtla saat 15: 00–a qədər Baş Prokurorluğa Özbəkistanda prezident seçkiləri zamanı seçki qanunvericiliyinin pozulması ilə bağlı hər hansı şikayətlər daxil olmayıb”.

APA bildirir ki, bunu Özbəkistanın Baş prokuror Nemətulla Yuldaşev mətbuat konfransında bildirib.

O deyib ki, seçkilər öncəsi respublikanın Baş və rayon prokurorluqlarında seçki hüququ üzrə ekspert qərargahları yaradılıb, onlar səsvermənin gedişatını davamlı olaraq izləyirlər: “Yerli vaxtla saat 15:00-a qədər səsvermə zamanı qanun pozuntuları ilə bağlı hakimiyyət orqanlarına bir dənə də olsun müraciət daxil olmayıb”.

Onun sözlərinə görə, bu cür müraciət daxil olarsa, xüsusi nəzarətə götürüləcək və bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR