Pakistan Əfqanıstanla sərhədlərin mühafizəsini gücləndirib

Pakistan Əfqanıstanla sərhədlərin mühafizəsini gücləndirib
# 11 iyul 2021 01:27 (UTC +04:00)

Pakistan Əfqanıstanla sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib.

APA xəbər verir ki, bunu Pakistan Silahlı Qüvvələrinin nümayəndəsi Babar İftixar yerli “ARY News” telekanalına verdiyi müsahibədə bildirib.

“Hazırda Pakistanın Əfqanıstanla sərhədinin 90%-i hasarla mühafizə olunur”, - deyə “Dawn” qəzeti İftixardan sitat gətirib.

Onun sözlərinə görə, sərhədlərin təhlükəsizliyinin bu cür təmin edilməsi daha effektlidir.

“Ancaq sərhəd təhlükəsizliyi – bu, ikitərəfli bir yoldur. Qarşı tərəf də bizim etdiyimiz kimi tədbirlər görməli idi, ancaq təəssüf ki, əməl edilmədi”, - Babar İftixar belə deyib.

O bildirib ki, ölkənin Daxili İşlər Nazirliyi Əfqanıstandan mümkün qaçqın axınına hazırlıq görüb.

Qeyd edək ki, bundan əvvəl daxili işlər naziri Şeyx Rəşid Əhməd bildirmişdi ki, Pakistan ABŞ əsgərlərinin ölkədən çıxması və “Taliban” silahlılarının baş qaldırması fonunda Əfqanıstandan gələcək qaçqınlar üçün sərhədlərini açmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR