Pakistan Hindistandakı uranla bağlı insidentləri araşdırmağa çağırıb

Pakistan Hindistandakı uranla bağlı insidentləri araşdırmağa çağırıb
# 06 iyun 2021 19:55 (UTC +04:00)

Pakistan Xarici İşlər Nazirliyi Hindistandakı fərdi şəxslərdə uran aşkarlanması ilə bağlı hadisələrin hərtərəfli araşdırılmasına çağırıb.

APA TASS agentliyinə istinadla bildirir ki, Xarici İşlər Nazirliyinin çağırışında bunlar qeyd edilib:

“Hindistanda 6 kiloqram uranın qanunsuz satılmasına cəhdlə bağlı hadisə qeydə alınıb. Keçən ay da Hindistanın Maharaştra əyalətində 7 kiloqram uranın satılması kimi xəbərlər yayılıb. Keçmişdə də buna bənzər bir hadisə olmuşdu. Bu onu göstərir ki, orada bu məsələyə zəif nəzarət var. Baş verənlər ölkədə nüvə materialları üçün qara bazarın mövcudluğuna işarə edir”.

Pakistan Xarici İşlər Nazirliyi bu məsələlərdə olduqca narahat olduqlarını bildirib.

Qeyd edək ki, bundan əvvəl də Hindistanın Carhand əyalətində polis altı kiloqram uran satmağa çalışan yeddi nəfərin tutulduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR