Pakistanda avtobusun çaya düşməsi nəticəsində 18 nəfər itkin düşüb

Pakistanda avtobusun çaya düşməsi nəticəsində 18 nəfər itkin düşüb
# 08 iyun 2021 01:20 (UTC +04:00)

Pakistanın şimal-qərbində Xeybər-Paxtunkva əyalətində sərnişin mikroavtobusu çaya düşüb.

APA “Sinxua” xəbər agentliyinə istinadən xəbər verir i, hadisə nəticəsində azı 18 nəfər itkin düşüb.

Yerli Xilasetmə xidmətinin məlumatında ilkin versiya kimi bildirilib ki, sürücü idarəetməni itirməsi nəticəsində mikroavtobus yoldan çıxaraq aşıb.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır. Xilasetmə tədbirlərinə könüllülər də qoşulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR