Pakistanda baş vermiş zəlzələ zamanı 20 nəfər ölüb, 300-dən çox yaralı var - YENİLƏNİB-1 - VİDEO

Pakistanda baş vermiş zəlzələ zamanı 20 nəfər ölüb, 300-dən çox yaralı var - YENİLƏNİB-1  - VİDEO
# 07 oktyabr 2021 08:34 (UTC +04:00)

Pakistanın Bəlucistan əyalətində baş verən zəlzələ nəticəsində 20 nəfərin öldüyü bildirilir.

APA xəbər verir ki, bu barədə "Dawn" qəzeti yerli xilasetmə xidmətinə istinadən yazıb.

Bundan əvvəl “Agence France-Presse” təcili tibbi yardım xidmətinə istinadən, təbii fəlakət nəticəsində 15 nəfərin öldüyünü bildirmişdi.

Yerli qəzetin yazdığına görə, 300-dən çox adam da xəsarət alıb.

***

Saat 04:28

Pakistanın Bəlucistan əyalətində baş verən zəlzələ nəticəsində azı 15 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “France Presse Agence” məlumat yayıb.

***

Saat 04:11

Pakistanda 5,7 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Xidməti (USGS) məlumat yayıb.

Məlumata görə, zəlzələ Qrinviç vaxtı ilə saat 22:01-də (Bakı vaxtı ilə saat 02:01) qeydə alınıb. Yeraltı təkanların episentri Harnai şəhərindən 14 kilometr şimal-şərqdə, ocağı isə 20,8 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində tələfat və ya dağıntılar barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR