Pakistanda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 62-yə çatıb

Pakistanda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 62-yə çatıb
# 08 iyun 2021 10:46 (UTC +04:00)

Ötən gün Pakistanın cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı artıb.

APA-nın “BOL News” telekanalına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ən azı 62 nəfər ölüb, yaralananların sayı 100-dən çoxdur.

Qeyd edək ki, ilkin olaraq qəza nəticəsində 50 nəfərin ölməsi barədə məlumat yayılıb.

Xatırladaq ki, qəza ölkənin cənubunda Sind əyalətindəki Qotka şəhəri ərazisində baş verib. Qatarlardan biri relsdən çıxıb, bundan sonra ikinci qatar ona çırpılıb. Hadisə zamanı 14 vaqon aşıb, onlardan səkkizi isə tamamilə məhv olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR