Pakistanda ilk dəfə qadın general tibb xidmətin rəisi təyin edilib

Pakistanda ilk dəfə qadın general tibb xidmətin rəisi təyin edilib
# 27 noyabr 2021 16:21 (UTC +04:00)

Pakistanda ilk dəfə qadın general Silahlı Qüvvələrin tibb xidmətinin rəisi təyin edilib.

APA-nın TASS-a istinadən xəbərinə görə, bu barədə Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Qəmər Caved Bacva məlumat verib.

O bildirib ki, general-leytenant Nyaqar Cohar Xan Silahlı Qüvvələrin tibb xidmətinin rəisi vəzifəsinə təyin olunub və ona general-polkovnik hərbi rütbəsi verilib.

Nyaqar Cohar Xan həm ölkədə, həm də xaricdə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında və zərərçəkənlərə yardımda həmişə fəal iştirak edib.

Qeyd edək ki, orduda otuz il xidmət etdiyi müddətdə Nyaqar Cohar Xan Silahlı Qüvvələrin tibb xidmətində müxtəlif vəzifələrdə çalışıb. 2017-ci ildə o, ölkədə Pakistan ordusunun general-mayoru rütbəsinə layiq görülən üçüncü qadın olub. 2020-ci ildə isə general-leytenant rütbəsi alan ilk pakistanlı qadın olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR