Pakistanda naməlum şəxslər avtobusa atəş açıb, ölən və yaralananlar var

Pakistanda naməlum şəxslər avtobusa atəş açıb, ölən və yaralananlar var
# 05 iyun 2021 11:00 (UTC +04:00)

Pakistanda naməlum şəxslər avtobusa atəş açıb ölən və yaralananlar var.

APA-nın RIA Novosti-yə istinadən verdiyi xəbərə görə, hadisə Pakistanın Pəncab əyalətində qeydə alınıb.

Zavodda işləyən qadınları daşıyan avtobusa atəş açılması nəticəsində avtobusun sürücüsü aldığı yaradan yerindəcə ölüb, avtobus isə dərəyə yuvarlanıb. Yaralılar hadisənin baş verdiyi əraziyə yaxın Xasan-Abdal kəndindəki xəstəxanaya yerləşdirilib.

Beş nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR