Pakistanda partlayış törədilib, 4 nəfər ölüb

Pakistanda partlayış törədilib, 4 nəfər ölüb
# 05 sentyabr 2021 14:28 (UTC +04:00)

Pakistanın Bəlucistan əyalətində partlayış törədilib.

APA-nın “Geo News” telekanalına istinadən verdiyi məlumata görə, terrorçu-kamikadzenin motosikletlə əyalətin inzibati mərkəzi Kvetta şəhərində törətdiyi partlayış nəticəsində 4 nəfər ölüb, 19 nəfər yaralanıb.

Partlayış sərhədçilərin nəzarət-keçid məntəqəsi yaxınlığında törədilib, ölənlərin hamısı sərhədçilərdir. Yaralılar arasında isə 2 mülki vətəndaş var.

Pakistanın Baş naziri İmran Xan ölənlərin ailələrinə başsağlığı verib, yaralılara şəfa diləyib.

Qeyd edək ki, “Təhrik-i-Taliban Pakistan” qruplaşması (Pakistan Taliban Hərəkatı) partlayışa görə məsuliyyəti üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR