Pakistanda yol qəzasında 20 nəfər ölüb, 50 nəfər yaralanıb

Pakistanda yol qəzasında 20 nəfər ölüb, 50 nəfər yaralanıb
# 11 iyun 2021 12:23 (UTC +04:00)

Pakistanda yol qəzasında ən azı 20 nəfər ölüb.

APA-nın “A Haber”ə istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarında zəvvarları daşıyan avtobus ölkənin cənub-qərbində ucqar bir ərazidə magistral yoldan çıxaraq yarğana düşüb.

Yol qəzası nəticəsində ən azı 20 nəfər ölüb, 50 nəfər yaralanıb.

Polisin verdiyi məlumata görə, hadisə Bəlucistan əyalətinin Xudzar rayonunda baş verib.

Yaralılar bildirib ki, hadisə sürücünün ehtiyatsızlığından baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR