Pəncşirə hücum edən “Taliban”nın 300-dən çox döyüşçüsü öldürülüb

Pəncşirə hücum edən “Taliban”nın 300-dən çox döyüşçüsü öldürülüb
# 01 sentyabr 2021 22:12 (UTC +04:00)

“Taliban” döyüşçüləri Əfqanıstanın şimalında müqavimət qüvvələri tərəfindən müdafiə olunan Pəncşir əyalətinə hücum edərkən 300-dən çox döyüşçüsünü itirib”.

APA xəbər verir ki, TASS bu barədə bölgədəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, bir neçə “Taliban” üzvü ağır yaralanıb, əsir götürülənlər də var.

Hazırda bölgənin girişlərində döyüşlər davam edir. “Taliban” müdafiə xəttini yara bilməyib.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR