Pentaqon Suriya və İraqda ABŞ bazalarına edilən hücumlardan narahatdır

Pentaqonun mətbuat katibi Con Kirbi

© APA | Pentaqonun mətbuat katibi Con Kirbi

# 09 iyul 2021 06:58 (UTC +04:00)

ABŞ Müdafiə Nazirliyi son vaxtlar ölkənin Suriya və İraqdakı hərbi bazalarına edilən hücumlardan ciddi şəkildə narahatdır.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqon rəsmisi Con Kirbi müntəzəm keçirilən mətbuat brifinqində açıqlamasında deyib.

“Hücumçular ölümcül silahlardan istifadə edirlər. Bunun ciddi bir təhdid olduğu xaricində başqa nə deyəcəyimi bilmirəm”, - deyə Kirbi hücumları şərh edərkən bildirib.

Qeyd edək ki, çərşənbə günü ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyası qüvvələrinin istifadəsində olan İraqın Ayn-əl-Əsəd hərbi bazası raket atəşinə tutulub. Nəticədə bir neçə tikiliyə ziyan dəyib. Bundan başqa, Suriyanın Deyr-əz-Zor əyalətində ABŞ hərbi bazasının yerləşdiyi Əl-Ömər neft sahəsinə naməlum şəxslərin hücumu olub. Hücumun PUA vasitəsi ilə həyata keçirildiyi deyilir. Hadisənin digər təfərrüatları məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR