PKK terrorçuları Afrin şəhərini atəşə tutub, azı 13 nəfər ölüb

PKK terrorçuları Afrin şəhərini atəşə tutub, azı 13 nəfər ölüb
# 12 iyun 2021 22:47 (UTC +04:00)

PKK silahlılarının Suriyanın Afrin şəhərinin mərkəzini və yerli xəstəxananı atəşə tutması nəticəsində azı 13 mülki şəxs həyatını itirib və çox sayda insan yaralanıb.

APA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Tel-Rifat bölgəsində yerləşən terrorçular Afrinin mərkəzinə və Şifa xəstəxanasına artilleriya silahlarından atəş açıblar. Nəticədə 13 mülki şəxs həyatını itirib və çox sayda yaralı var”, - deyə nazirliyin “Twitter” səhifəsində bildirilib.

“Anadolu” agentliyinin yazdığına görə, hücum zamanı azı 27 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR