Rəisi ilə Ərdoğan arasında telefon danışığı olub

İran prezidenti İbrahim Rəisi və Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan

© APA | İran prezidenti İbrahim Rəisi və Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan

# 08 dekabr 2021 20:40 (UTC +04:00)

İran prezidenti İbrahim Rəisi və Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan arasında telefon danışığı olub.

APA-nın Tehran bürosunun məlumatına görə, telefon danışığında iki ölkə prezidenti müştərək əməkdaşlığın artırılmasına, xüsusi ilə iqtisadi sahədə və terrorizmlə mübarizədə ikitərəfli əməkdaşlığın artırılmasına təkid ediblər.

Rəisi deyib ki, terrorizmlə mübarizədə əsas yol ölkələrin hakimiyyətinə hörmətlə yanaşmaqdadır: "İran İslam Respublikasının terrorizmlə mübarizədə parlaq keçmişini nəzərə alaraq bütün ölkələrlə bu istiqamətdə əməkdaşlıq etməyi alqışlayırıq".

Rəisi Tehran və Ankara arasında iqtisadi və ticari əlaqələrin əhəmiyyətindən danışıb və bildirib ki, tezliklə Tehranda iki ölkənin müştərək iqtisadi komissiyası keçiriləcək və əməkdaşlıqlar yeni mərhələyə qədəm qoyaraq inkişaf edəcək.

Türkiyə prezidenti Tehran-Ankara arasındakı müştərək əməkdaşlıq komissiyasının iclasının keçirilməsinin zərurətindən danışıb və qeyd edib ki, Tehrana gələcək səfərində iki ölkənin münasibətləri yeni mərhələyə qədəm qoyacaq və inkişaf edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR