Rusiya ABŞ-ı Hindistana S-400 kompleksləri satmasına mane olmaqda ittiham edib

Rusiya ABŞ-ı Hindistana S-400 kompleksləri satmasına mane olmaqda ittiham edib
# 06 dekabr 2021 14:38 (UTC +04:00)

ABŞ Hindistanın Rusiyadan S-400 zenikt raket komplekslərini alması ilə bağlı razılaşmaya mane olmağa çalışıb. Lakin Nyu-Dehli sübut etdi ki, suveren ölkədir və kimdən silah alacağına özü qərar verəcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Nyu-Dehlidə hindistanlı həmkarı ilə keçirdiyi danışıqların yekunu ilə bağlı mətbuat konfransında bildirib.

Lavrov S-400-lərin alınması ilə bağlı razılaşmanın Hindistanın müdafiə qabiliyyətini təmin etmək üçün böyük praktik əhəmiyyət kəsb etdiyini söyləyib:

"Saziş reallaşır. Biz ABŞ-ın bu əməkdaşlığa xələl gətirmək və Hindistanı Vaşinqtonun əmrlərini yerinə yetirməyə məcbur etmək cəhdlərini və ABŞ-ın regionun inkişafını necə gördüyünü gördük. Lakin hindistanlı dostlarımız qətiyyətlə bəyan etdilər və aydın şəkildə izah etdilər ki, onlar suveren ölkədir və onlar kimin silahını alacaqlarına və hansı tərəfdaşları seçəcəklərinə özləri qərar verəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR