Rusiya Fələstin münaqişəsinin iki dövlətli həll yoluna tərəfdardır

Mahmud Abbas, Vladimir Putin

© APA | Mahmud Abbas, Vladimir Putin

# 23 noyabr 2021 16:46 (UTC +04:00)

“Rusiyanın Fələstin məsələsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır”.

APA-nın xəbərinə görə, bunu Rusiya Prezidenti Vladimir Putin Fələstin lideri Mahmud Abbasla Soçidə görüşündə deyib.

“Fələstin məsələsi BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələri əsasında, bütün tərəflərin maraqları nəzərə alınaraq ədalətli şəkildə həll olunmalıdır. İki dövlətli həll yolu olmalıdır. Bu nə qədər çətin olsa da, biz buna nail olmaq üçün işləməyə davam edəcəyik”, - Rusiya Prezidenti qeyd edib.

Liderlər Yaxın Şərqdəki vəziyyət barədə də müzakirələr aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR