Rusiya XİN: İsrail və Fələstin arasındakı gərginliklə bağlı ABŞ-la müxtəlif səviyyələrdə təmasdayıq

Rusiya XİN başçısının müavini Sergey Ryabkov

© APA | Rusiya XİN başçısının müavini Sergey Ryabkov

# 19 may 2021 12:44 (UTC +04:00)

Rusiya İsrail və Fələstin arasındakı gərginliklə bağlı ABŞ-la müxtəlif səviyyələrdə təmasdadır.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

"ABŞ-ın İsrail-Fələstin məsələləri üzrə xüsusi elçisi Hadi Əmrlə sıx əlaqə saxlayırıq. Bundan əlavə, digər səviyyələrdə müzakirələr aparılır. Sözsüz ki, bu mövzu Lavrov və Blinken arasında bu gün keçiriləcək görüşdə əsas mövzulardan biridir", - deyə Ryabkov bildirib.

Nazir müavinin sözlərinə görə, gələn həftə bu mövzuda ABŞ-la təmaslar davam etdiriləcək. S. Ryabkov bildirib ki, lakin hələlik spesifik məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR