Rusiyanın İstanbuldakı Baş Konsulluğu yaxınlığında yanğın baş verib  

Rusiyanın İstanbuldakı Baş Konsulluğu yaxınlığında yanğın baş verib  
# 29 iyul 2021 20:25 (UTC +04:00)

Rusiyanın İstanbuldakı Baş Konsulluğu yaxınılığında yanğın baş verib.

APA-nın yerli bürosunun Türkiyənin “Hürriyet” qəzetinə istinadla xəbərinə görə, İstanbulun Beyoğlu rayonunda İstiklal küçəsində yerləşən Baş Konsulluğun binası üzərindən tüstü yüksəlib və ciddi narahatlıq yaşanıb.

Yanğının Beyoğlunda Tomtom Məhəlləsində yerləşən Pierre Loti Fransız Litseyinin damında baş verdiyi məlum olub.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və qısa müddətdə yanğın söndürülüb.

Qeyd edək ki, bu gün Rusiyanın Türkiyədəki Səfriliyi twıtter səhifəsindən yanğınlara Rusiyanın 3 “Be-200” yangınsöndürmə tayyarəsinin dəstək göstərdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR